Portaldan İstifadə
Qaydaları
“iktlab.edu.az
- Portal” “İKT Tətbiqi
və Tədrisi Mərkəzi” MMC-yə məxsus olan www.iktlab.edu.az ünvanında fəaliyyət göstərir. Biz, bu portaldan
istifadə edən istifadəçilərə öz şəxsi istəkləri əsasında onlayn kurslarda
iştirak etmək üçün onlayn virtual təlim-tədris xidmətləri təklif edirik. Portala
daxil olaraq xidmətlərdən istifadə edərkən, siz, hazırki İstifadə
Qaydalarına və portalda olan bütün digər şərtlərə və qaydalara əməl etməyə
razılaşırsınız. Portalın xidmətlərindən istifadə edərkən bu İstifadə Qaydalarına
əməl etmədiyiniz təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
məsuliyyət daşıyırsız.
Təlim-tədris
xidmətləri
“iktlab.edu.az”
portalı vasitəsilə xidmətlər
göstərən peşəkar mütəxəssislər və təlimçilər ümumilikdə “iktlab.edu.az”-ın
Mütəxəssisləri adlandırılır. Portalda yerləşdirilmiş resurslar
Mütəxəssislərimiz tərəfindən hazırlanır və bütün müəllif hüquqları qorunur. İktlab.edu.az
portalında olan məlumatlar yalnız təlim-tədris prosesi məqsədini daşıyır və
peşəkar mütəxəssisin rəyini, tövsiyələrini əvəz etmək üçün nəzərdə
tutulmayıb.
Müəllif
hüquqları
İktlab.edu.az portalında
yerləşdirilən bütün materiallar, video dərslər və kurslar üzrə müəllif
hüquqları “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC-yə məxsusdur. Bu resurslardan
yalnız “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin yazılı razılığı və müfaviq
qaydada istinad verməklə istifadə etmək mümkündür.
İstifadəçi
hesabları
İktlab.edu.az-da
qeydiyyatdan keçən zaman sizdən tam adınızı, şəxsiyyət vəsiqənizin seriya
nömrəsini, elektron poçt (email) ünvanınızı, parol və iktlab.edu.az tərəfindən
toplanan digər müəyyən məlumatları (ümumilikdə “Hesab Məlumatları”)
daxil edərək, hesab (“Hesab”) yaratmaq tələb olunur. Hesab yaratmaq üçün
heç bir yaş məhdudiyyəti yoxdur. Qeydiyyat zamanı bizə təqdim etdiyiniz hesab
məlumatlarınızın doğru, dəqiq, cari və tam olduğu ilə razılaşırsınız. Hesab giriş
məlumatlarınızı başqasına ötürmək və ya bu
məlumatlar ilə digər şəxsin bu Portaldan istifadə etməsinə şərait
yaratmaq və ya birdən çox Hesab yaratmaq qəti qadağandır. Siz Hesab parolunuzun
məxfiliyinin qorunub saxlanılması və hesabınızda baş verən bütün fəaliyyətlər
üçün cavabdehlik daşıyırsınız. İktlab.edu.az, Hesab
Məlumatlarınızın təhlükəsizliyi ilə bağlı zəruri və ya əsaslı hesab etdiyiniz istənilən
və bütün əməliyyatları yerinə yetirmək hüququna malikdir. Heç bir
halda iktlab.edu.az portalında Hesab məlumatlarından istifadə
etməyiniz və ya hesabınızda olan məlumatların kimsə tərəfindən üçüncü tərəfə
ötürülməsi ilə bağlı və ya bunun nəticəsində baş verən hər hansı zərər və ya
öhdəlik üçün sizin qarşınızda cavabdehlik daşımayacaqdır. Siz heçbir halda başqasının
hesabından istifadə edə bilməzsiniz.
Əmtəə və ticarət nişanları
İktlab.edu.az portalında və ya Xidmətlərində nümayiş olunan müəyyən
adlar, loqolar və digər materiallar “İKT Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin,
“İKT LAB” ticarət nişanının və ya digər qurumların əmtəə nişanları, ticarət
adları, xidmət markaları və ya loqolarından təşkil oluna bilər. “İKT Tətbiqi və
Tədrisi Mərkəzi” MMC-nin açıq yazılı icazəsi olmadan sizə həmin əmtəə və
ticarət nişanlarından istifadə etmək icazəsi verilmir. Bütün belə əmtəə və
ticarət nişanları və onlar ilə bağlı mülkiyyət hüququ “İKT Tətbiqi və Tədrisi
Mərkəzi” MMC-yə və ya həmin digər qurumlara aiddir.
İstifadəçilər üçün
giriş hüquqları
Biz sizin üçün Portaldan
istifadə imkanı yaratmaqla sizə Portala giriş və Xidmətlərdən
yalnız şəxsi, qeyri–kommersiya məqsədilə və yalnız bu İstifadə Qaydalarında
icazə verilən şəkildə istifadə etmək üçün məhdud, qeyri müstəsna, başqalarına
ötürülə bilinməyən hüquq veririk (“Giriş hüquqları”). Biz öz ixtiyarımızla
istənilən səbəbdən hər kəs üçün Portaldan və ya Xidmətlərdən istifadəni ləğv
etmək və ya dayandırmaq hüququna sahibik. Siz aşağıdakıları etməyəcəyiniz və
onları etməyə cəhd göstərməyəcəyiniz barədə razılaşırsınız:
1. Sayt və ya
Xidmətlərdən hər hansı yerli, dövlət, milli və ya beynəlxalq qanunu pozmaq üçün
istifadə etmək
2. Sayt və ya
Xidmətlərin hər hansı proqram təminatı ilə pirat nüsxəsini əldə etmək, dizaynını
dəyişmək, sökmək, hissələrə ayırmaq;
3. Sayt
vasitəsilə virus və ya digər zərərli kompüter kodlarını yaymaq və ya digər
şəkildə yuxarıda qeyd olunan istifadənin əhatə dairəsini aşacaq şəkildə
Xidmətlərdən və Saytdan istifadə etmək.
Biz ciddi şəkildə ictimai
kompüterlərdə Xidmətlərdən istifadə etməməyi tövsiyyə edirik. Biz, həmçinin ictimai
kompüterlərdə veb brauzer və ya digər proqram təminatında hesab giriş
məlumatlarını saxlamamağı da tövsiyyə edirik.
Sertifikat
İktlab.edu.az portalında keçdiyiniz kursların sonunda sizə
sertifikat təqdim olunur. Sertifikat sizin portalda aldığınız biliklərə görə
təqdim olunan rəsmi sənəddir. Sertifikat üzərində sizin tam adınız, keçdiyiniz
kursun adı qeyd olunur. Sertifikatda hər hansısa bir üsulla dəyişiklik etmək
qəti qadağandır. Əldə etdiyiniz sertifikatlar portalın məlumat bazasında
saxlanılır və lazım olduqda sertifikatın həqiqiliyinin yoxlanılması üçün
istifadə olunur.
İctimai rəy yazın / Fikrinizi bildirin