Haqqımızda

Haqqımızda

İktlab.edu.az onlayn tədris portalı əhalinin, xüsusilə xanımların rəqəmli bacarıqlarının artırılması və informasiya-kommunikasiya texnologiyalarından istifadəsi üzrə biliklərinin inkişafı məqsədilə yaradılmışdır. Bu portalda İKT və rəqəmli bacarıqlar üzrə video dərslərdən ibarət multimedia onlayn kurslar təqdim edilir. Portal “İKT LAB” Tətbiq və Tədris Mərkəzi tərəfindən yaradılmışdır. İKT LAB haqqında ətraflı məlumatı https://iktlab.az/ saytından əldə edə bilərsiz.

Portalda İKT və rəqəmli texnologiyalar üzrə müxtəlif mövzulara həsr edilən və  ana dilimizdə hazırlanmış kurslar yerləşdirilir. Bu kurslar sayəsində istifadəçilər interaktiv formada onlayn təlimlərdə iştirak edə bilərlər. Hal-hazırda portalda rəqəmli bacarıqların əsasları, internet texnologiyalardan istifadə və digər bu kimi kurslar yerləşdirilmişdir. Yaxın gələcəkdə rəqəmsal marketinq və proqramlaşdırma kimi kurslar portalda yer alacaqdır.

Portalın kurslarını uğurla başa vuran şəxslər portal üzərindən dərhal sertifikatlarını əldə edə bilərlər. Eyni zamanada, portalda yerləşdirilmiş bütün kursları bitirən şəxslər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinə yaxınlaşaraq çap olunmuş sertifikatlarına sahib ola bilərlər.

Eyni zamanda, kompüteri və internetə çıxışı olmayan şəxslər “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin ölkənin müxtəlif şəhərlərində yerləşən 21 regional mərkəzinə yaxınlaşıb, onlayn kurslarda iştirak etmək üçün regional mərkəzin imkanlarından istifadə edə bilərlər. Bunun üçün Mərkəzə müraciət etmək lazımdır.

Qeyd edək ki, onlayn tədris portalı və portalda yerləşdirilən multimedia video dərslər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə həyata keçirilən “Qadınlar üçün multimedia onlayn kurs və veb-portalın inkişafı”  adlı layihə çərçivəsində hazırlanmışdır.